29 may 2013 15:18
Lənkəranlılar Cabbarovla Stamenkoviçin cəzalanmasını tələb edirlər (FOTO)
“Xəzər Lənkəran”ın “Xan Lənkəran” fan-klubu “Neftçi”nin rəisi Güloğlan Cabbarovla qapıçı Saşa Stamenkoviçin cəzalandırılması tələbini irəli sürüb. Azerisport.az xəbər verir ki, cənublu fanatlar “facebook”dakı səhifələrində bunları yazıblar:
“AFFA, onları cəzalandır! Yoxsa, cəzalandıran tapılar”!
“AFFA, onları cəzalandır! Yoxsa, cəzalandıran tapılar”!
Lənkəranlılar bu tələblərini nümayiş etdirdikləri şəkildə ötən gecə məhz Cabbarov tərəfindən döyülən 18 yaşlı futbolçu Kamran Abdullazadəyə də dəstək veriblər: “Qanın yerdə qalmayacaq, Kamran”!
