30 may 2013 02:55
Almaniya qazandı, İngiltərə heç-heçəyə razılaşdı
Ötən gecə millimizin Qətərlə oyunu ilə yanaşı, dünyanın yaşıl meydanlarında daha bir neçə yoldaşlıq görüşü keçirilib. Azerisport.az xəbər verir ki, baş tutan günün digər 4 görüşündə qapılara 11 qol vurulub.
Kanada millisi öz meydanında Kosta Rikaya minimal hesabla uduzub.
İngiltərə yığması evdə İrlandiya ilə bacarmayıb - 1:1. Omanla Lebanon da oxşar sülhə razılaşıblar.
Almaniya millisi isə səfərdə Ekvadordan güclü olub.
Yoldaşlıq oyunları
29 may
Kanada - Kosta Rika - 0:1
Oman – Lebanon – 1:1
İngiltərə - İrlandiya - 1:1
Qollar: Şeyn Lonq, 13 (0:1), Lempard, 23 (1:1)
Ekvador - Almaniya - 2:4
Qollar: Podolski, 1 (0:1), 17 (0:3), Bender, 4 (0:2), 24 (0:4), Valensiya, 44 (1:4), Ayovi, 84 (2:4)
