29 may 2013 16:08

Hafiz Məmmədov: Bakının layihəsi həm də böyük bir siyasətdi

“Bakı”nın prezidenti Hafiz Məmmədovun azerisport.az saytına müsahibəsi
 
- Son mövsüm “Bakı” üçün çox uğursuz alındı. Növbəti mövsüm üçün nəsə dəyişikliklər edəcəksz?
- Biz yalnız növbəti mövsümdə yox, uzun illər ardıcıl uğurlar qazana biləcək komanda formalaşdırmaq istəyirik. Buna görə müəyyən islahatlar aparacağıq. Hər şey yeni baş məşqçidən başlayacaq.
 
- Bəs komandanı növbəti mövsümdə kim çalışdıracaq?
- Bizim bu posta bir neçə namizədimiz var. Mənə çoxlu mütəxəssislər təklif olub. Aralarında çox məşhur olanlar da var. Amma böyük ehtimalla “Bakı”nı gələn mövsümdən ispan mütəxəssis çalışdıracaq. Mümkündü ki, arıq gələn həftə Bakıya gəlsin. Öz köməkçiləri ilə gələcək. Vaxtilə o, Dieqo Simeone ilə birgə oynayıb, 1996-cı ildə “Atletico”da futbolçu kimi çempionluq yaşayıb. İndi isə məşqçiliklə məşğuldu.
 
- Yeni baş məşqçinin gəlişi ilə “Bakı”da çox şey dəyişəcək?
- Biz öz marketinq sistemimizi qurmağa çalışırıq. Peşəkar səviyyədə iş qurmaq istəyirik. Yeni baş məşqçidən də bu yolda böyük iş gözləyirik. “Bakı” daha iddialı klub olacaq. Biz uşaq və yeniyetmə futbolunu daha da inkişaf etdirməyi düşünürük. Yeni baş məşqçinin öz proqramı olacaq.
 
- “Atletico” ilə əməkdaşlıq çərçivəsində daha nələrin həyata keçirilməsi nəzərdə tutulub?
- “Bakı” ilə “Atletico”nun əməkdaşlığı Azərbaycanın daha da məşhurlaşmasında çox böyük rol oynayır. Bu yaxınlarda İspaniya Kral Kubokunun “Atletico” və “Real” klubları arasındakı final oyununda oldum. Ölkə rəhbərliyi, həmçinin Madrid şəhərinin meri ölkəmiz haqqında çox xoş sözlər dilə gətirdilər. “Atletico”nun Bakıya kiçik səfəri demək olar ki, paytaxtımızın qapılarını ispanların üzünə açıb. Onlar Bakıya gəlmək, əməkdaşlıq etmək istəyirlər.
 
- Niyə “Atletico”nun formalarında məhz “Azerbaijan. Land of Fire” şüarı seçilib?
- Bizim bir neçə variantımız var idi. Lakin məqsədimiz heç də klubumuzu reklam etmək deyildi. Azərbaycanı tanıtdırmaq istəyirik. Qoy hamı görsün ki, Azərbaycan necə inkişaf edir. Elə şüarla bağlı müzakirələr aparılarkən bu şüarın seçilməsini məsləhət gördüm. Məncə, bu əməkdaşlığın nəticələri artıq hiss olunur. Bütün Avropa Azərbaycandan danışır. Gələcəkdə də bu şüardan istifadə edəcəyik.
 
- “Atletico” Çempionlar Liqasında da bu formalardan yararlanacaq?
- Elə əsas diqqət də bu məqama yönəlmişdi. Hamı bilir ki, Çempionlar Liqası necə ünlü turnirdi. “Atletico” mübarizəyə qrup mərhələsindən başlayacaq. Madrid təmsilçisi ilk oyundan etibarən bu şüarların yer aldığı formalardan yararlanacaq. Onu da qeyd edim ki, “Atletico” ilə bu əməkdaşlığımızda Gənclər və İdman naziri Azad Rəhimov, AFFA rəhbərliyi öz dəstəyini əsirgəmir.
 
- “Atletico” ilə növbəti oyununuz nə vaxt baş tutacaq?
- Avqust ayında. Amma bizim bu klubla əməkdaşlığımızın əsasını uşaq futbolu ilə bağlı planlarımız təşkil edir. Hazırda Madridə gedəcək futbolçularımızın siyahısı dəqiqləşdirilir. İspaniyalı seleksionerlər məndən xahiş ediblər ki, təkcə “Bakı”nın yox, digər futbolçularını da baxışdan keçirsinlər, ən yaxşıları seçsinlər. İnanıram ki, indi İspaniyaya gedəcək 13-15 yaşlı uşaqlarımız bir neçə il sonra əsl peşəkar futbolçulara çevriləcəklər. Onlar Azərbaycan futbolunun gələcəyidilər.
 
- Bəs Fransanın “Lans” klubu ilə əməkdaşlıq nə yerdədi?
- Bu, ayrıca bir söhbətin mövzusudu. Hazırda bu əməkdaşlıq hələlik müzakirə mərhələsindədi. Fransa da Azərbaycanı oxşar şəkildə tanıtdırmaq istədiyimizi gizlətmirəm. “Atletico” və digər klublarla əməkdaşlığımız təkcə futbol layihəsi yox, həm də böyük bir siyasətdi. Çünki bu klublar, onların təmsil olunduqları ölkələr təkcə idmandakı yox, həm də digər uğurlarımızı görəcəklər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.