29 may 2013 16:51
Yuri Syomin nəhayət ki, Qəbələyə gəlişindən danışdı
“Qəbələ”nin yeni baş məşqçisi Yuri Syomin bu gün ictimaiyyətə təqdim olunub. Azerisport.az xəbər verir ki, rusiyalı mütəxəssis nəhayət ki, ilk dəfə yeni komandası barədə danışmaqdan imtina etməyib:
“Çox şadam ki, danışıqlarımız uğurla başa çatdı. Komandanın çoxlu oyunlarını diqqətlə izlədim, infrastrukturla tanış oldum. Burda futbola olan münasibət xoşuma gəldi. Məşqçini nəticəyə görə dəvət edirlər. Qarşıma hədəf qoyulub. Əsas odu ki, futbolçular inkişaf etsinlər. Onda biz avrokuboklara düşə bilərik”.