29 may 2013 17:16
Yuri Syomin: Bizə Kanales kimi hücumçu lazımdı
“Qəbələ”nin yeni baş məşqçisi Yuri Syomin bu gün ictimaiyyətə təqdim olunub. Azerisport.az xəbər verir ki, rusiyalı mütəxəssis mərasimdə öncə bunları dilə gətirib:
- Azərbaycanda çoxdan idi olmurdum. Bura gələndə isə tamamilə başqa şəhər gördüm. Çox şadam ki, danışıqlarımız uğurla başa çatdı. Komandanın çoxlu oyunlarını diqqətlə izlədim, infrastrukturla tanış oldum. Burda futbola olan münasibət xoşuma gəldi. Məşqçini nəticəyə görə dəvət edirlər. Qarşıma hədəf qoyulub. Əsas odu ki, futbolçular inkişaf etsinlər. Onda biz avrokuboklara düşə bilərik.

- Kiyev, Moskva kimi şəhərlərdə yaşamış bir mütəxəssis üçün Qəbələdə çalışmaq problem olmayacaq ki?
- Asan olmayacaq. Hər yerdə nəticə önəmlidi. Burda yaxşı meydançalar var və əla futbol nümayiş etdirmək olar. Ötən gün ölkə kubokunun finalında o qədər azarkeşi görmək çox xoş idi.

- Premyer Liqadakı rəqabəti necə dəyərləndirərdiniz? Avropa Liqasına düşmək mümkündü?
- Rəqabət kifayət qədər yüksəkdi. “Neftçi” çox yüksək səviyyəli futbol nümayiş etdirir. “İnter”, “Qarabağ” və “Xəzər Lənkəran” da yaxşı komandalardı. Rəqabətə davam gətirməliyik. Bunun üçün isə yaxşı futbolçularımız olmalıdı, güclənməyə çalışmalıyıq.

- “Qəbələ”yə hansı futbolçuları gətirməyə hazırlaşırsız? Andrey Arşavini komandanızda görə biləcəyik?
- Arşavin barədə qoy özü danışsın. Mən bu barədə heç nə bilmirəm. “Qəbələ”yə gəlincə, transferlər lazımdı. Xüsusilə də hücuma. Məsələn, “Neftçi”də 26 qol vuran futbolçu var. Bizə də elə bir hücumçu lazımdı.

- “Lokomotiv”ə Bilyaletdinov, İzmaylov kimi futbolçular qazandırmısız. “Qəbələ”də də xüsusi tapıntılarınız olacaq?
- Biz hazırda bütün komanalarımızın eyni sistemlə oynayacağı proqram üzərində işləyirik. Uşaqlar da onlarla maraqlandığımızı görməlidilər.

- Azərbaycanlı futbolçulardan kimləri xatırlayırsız?
- Banişevski və Tuayevlə birgə oynamışam. Yeni nəsildən isə Nazim Süleymanovu xatırlayıram.

- Ötən gün Azərbaycan Kubokunu canlı izlədiniz. Təəssüratlarınız necədi?
- Əla! Hər şey yüksək səviyyədə təşkil olunmuşdu. Oyundan sonra olanlar təbii ki, normal deyildi. Amma futbolçular barışacaqlar. Buna şübhəniz olmasın.