29 may 2013 17:23
Syominin köməkçiləri bəlli oldu
Rusiyalı mütəxəssis Yuri Syominin “Qəbələ”dəki köməkçilərinin siyahısı müəyyənləşib. Azerisport.az xəbər verir ki, Syomin özü ilə iki köməkçi gətirir.
Bunlar öncədən də xəbər verdiyimiz kimi, Moskva “Lokomotiv”inin ikinci komandasını çalışdıran Yuri Baturenko, eləcə də “Torpedo”da da çalışan Andrey Syomindi. Sonuncu Yuri Syominin oğludu və “Qəbələ”də atasına kömək edəcək.
Syominin digər köməkçiləri isə yerli məşqçilərdi. “Simurq”la yollarını ayıran Dmitri Kramarenko qapıçılarla işləyən məşqçi funksiyasını yerinə yetirəcək. Məşqçilər korpusunda Vüqar Məmmədovla Sənan Qurbanov da yer alacaq.
