29 may 2013 17:31
Ufuk Budak milli komandamızın toplanışına qatılmadı
Türkiyənin “Eskişehirspor” klubunun üzvü Ufuk Budak Azərbaycan milli komandasının Qətərdə təşkil olunmuş təlim-məşq toplanışında iştirak etmir. Azerisport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Məlumatda bildirilir ki, Ufuk zədəli olduğu üçün yığmamızın düşərgəsinə yollanmayıb.
Xatırladaq ki, toplanış çərçivəsində millimiz bu gün Doha şəhərində Qətər yığması ilə yoldaşlıq oyunu keçirəcək.
