29 may 2013 17:44
TFF Super Kubok oyunu ilə bağlı AFFA-ya rəsmi müraciət etdi
“Galatasaray” və “Fenerbahçe” komandaları arasında bu il avqustun 11-də Türkiyə Superkuboku uğrunda keçiriləcək oyunun Bakıda təşkil olunması ilə bağlı Türkiyə Futbol Fedrasiyası AFFA-ya rəsmi məktub ünvanlayıb. Azerisport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, AFFA tərəfindən bu müraciətə iyunun 3-dək cavab verilməsi xahiş olunub.
