29 may 2013 17:58
Syomin: Məni Qəbələyə gəlmək fikrimdən yayındırmağa çalışanlar da oldu
“Qəbələ”nin yeni baş məşqçisi Yuri Syomin bəyan edib ki, onunla Moskva “Lokomotiv”inin də maraqlanması barədə xəbərlər şayiədi. Azerisport.az xəbər verir ki, rusiyalı mütəxəssis həmçinin “Qəbələ”nin təklifi ilə bağlı yerli mütəxəssislərlə məsləhətləşdiyini də etiraf edib:
“Mən “Lokomotiv”dən heç bir təklif almamışdım. Bunu gözləmirdim də. “Qəbələ”nin təklifi isə ürəyimcə idi. Bu, istənilən məşqçi üçün çox yaxşı başlanğıcdı və mən də bunu qəbul etdim. Müqaviləyə imza atmaq üçün götürdüyüm bir həftə zamanı çox düşündüm. Eləcə də sizin veteran futbolçularınızla zəngləşdim. Onların əksəriyyəti “Qəbələ” ilə müqavilə bağlamağımı məsləhət bildilər. Amma məni bu fikrimdən yayındırmağa çalışanlar da oldu. Onların adlarını açıqlamayacam. İstənilən halda mən bütün məsləhətləri diqqətlə dinləyib, sonda bura gəlməyə qərar verdim.

Burda əcnəbi mütəxəssislərin uğur qazana bilməməsi məni narahat etmir. Bu, onların işidi, nəticəsidi. Yeni mövsümdən çempionat 10 klubdan ibarət dörd dövrəli sistemlə keçiriləcək. Təbii ki, çox çətin olacaq. Lakin indi bunu müzakirə etməyə heç bir ehtiyac yoxdu. Çünki qərar qəbul olunub”.