30 may 2013 17:58
Ruslan Abışov Avtsriyada hazırlıq keçəcək
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışovun şərəfini qoruduğu Rusiyanın “Rubin” klubunun növbəti mövsüm üçün hazırlıq planları açıqlanıb. Azerisport.az xəbər verir ki, Kazan təmsilçisi Avstriyaya yollanacaq.
“Rubin” burda öncə iyunun 10-dan 23-dək hazırlıq keçəcək. Bundan sonra hazırlığa qısa fasilə veriləcək.
İyunun 30-da kazanlılar yenidən Avstriyaya yola düşəcəklər. “Rubin”in heyətində Ruslan Abışov da hazırlıq keçəcək.
