30 may 2013 18:05
Atletico rəsmisi: Bakının baş məşqçisi iyunun ortalarında gələcək
İspaniyanın “Atletico” klubunun idman direktorları şurasının rəsmisi İqnasio Aqilyo “Bakı”nın yeni baş məşqçisinin iyunun ortalarında Azərbaycana gələcəyini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Bizim bir neçə namizədimiz var. Tezliklə konkret ad da açıqlanacaq. Hələlik onların adını açıqlamaq istəmirəm. Amma ən real variant “Atletico” ilə 1996-cı ildə İspaniya çempionu olmuş keçmiş futbolçudu. Fikrimcə, ona təxminən 3-4 il vaxt lazımdı. “Atletico”nun indi əldə etdiyi nəticələr 1-2 ilin işi deyil. Bu uğurun özülü xeyli müddət öncə atılmışdı. İndi isə onun bəhrəsini görürük”.