30 may 2013 18:11

Hafiz Məmmədov İspaniya kralı ilə görüşüb

Bakı" futbol klubunun prezidenti Hafiz Məmmədov  İspaniya kubokunun  Madridin "Atletiko" və "Real" klubları arasında keçirilən finalı qarşılaşmasını izləmək məqsədi ilə İspaniyada səfərdə olub. Azerisport.az xəbər verir ki, səfər ərzində İspaniya kralı Əlahəzrət I Xuan Karlos, İspaniya xarici işlər naziri Xose Qarsiya Marqallo, baş nazirin müavini Soraya Saenz de Santamaria, Madird şəhərinin meri Ana Botella ilə görüşən Hafiz Məmmədov Azərbaycan Respublikasının prezidenti, dövlət başçısı cənab İlham Əliyevin ölkəmizin inkişafına və çiçəklənməsinə xidmət edən xarici və daxili siyasəti, Azərbaycanda aparılan quruculuq işləri, "Bakı" və "Atletiko" Madrid klubları arasında yaranan münasibətlər və qarşılıqlı faydalı əməkdaşlıqdan söhbət açmışdır.
 
İspaniya kralı Əlahəzrət I Xuan Karlos görülən işləri yüksək qiymətləndirərək, iki ölkə arasında yaranan dostluq münasibətlərindən məmnun qaldığını, bu əlaqələrin daha da möhkəmləndirilməsi üçün zəruri addımların atılacağını bildirib.
 
Görüş zamanı Hafiz Məmmədov Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin Əlahəzrət I Xuan Karlosa ölkəmizə dəvətini çatdırıb, səfərin yaxın zamanlarda baş tutacağına ümidvar olduğunu bildirib.
 
İspaniya xarici işlər naziri Xose Qarsiya Marqallo ilə də görüşən Hafiz Məmmədov Azərbaycan iqtidarının dövlətlərimiz arasında münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini, yaxın zamanlarda Azərbaycan Respublikasında İspaniya Krallığının Səfirliyinin açılmasını qərarı verildiyini bir daha təsdiqləyib, ölkəmizə səfər etməyi planlaşdırdığını və açılış mərasimində şəxsən iştirak etmək arzusunda olduğunu vurğulayıb. Eyni zamanda nazir qeyd edib ki, aprelin 29-30-da "Atletiko" (Madrid) klubunun Azərbaycana səfər zamanı müşayiət etmiş İspaniyanın nüfuzlu iş adamları bu prosesin səfirliyin tez bir zamanda açılmasını məqsədəuyğun sayaraq, Azərbaycanla iqtisadi əlaqələrə böyük önəm verdiklərini bildiriblər.
 
Öz növbəsində H.Məmmədov dövlətimizin İspaniya ilə əlaqələrin hərtərəfli genişləndirməsinə hazır olduğunu, qarşılıqlı yüksək səviyyəli səfərlərin münasibətlərimizin möhkəmləndirilməsinə mühüm təkan verə biləcəyini qeyd edib.
 
H.Məmmədov İspaniya Krallığının baş nazirinin müavini xanım Soraya Saenz de Santamaria, mədəniyyət və idman naziri Xose İqnasio Orteqa və turizm naziri Xose Manuel Lopezlə keçirdiyi görüşlərdə qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparıb.
 
 Xatırladaq ki, mayın 18-də "Atletiko"nun İspaniya kubokunun finalındakı qələbəsi ilə bağlı Madrid şəhərinin mərkəzində tədbir təşkil olunub. Yüz minlərlə yaxın azarkeşin iştirak etdiyi tədbirdə "Atletiko" klubunun oyunçuları üzərində Azərbaycan Respublikasının bayrağı ilə bəzədilmiş avrobusla gəliblər. Səhnədə "land of fire Azerbaijan" adlı böyük banner quraşdırılıb.
 
Mərasim zamanı "Atletiko" klubunun futbolçuları və rəsmi nümayəndələri "Lənd of Azerbaijan"ın düşərli olduğunu, 14 ildən sonra "Real"ı məğlub edərək, 10-cu dəfə İspaniya kubokunun qazanılmasında dəstəyə görə Hafiz Məmmədova təşəkkürlərini ifadə ediblər. "Atletiko"nun türk futbolçusu Arda Turan ölkəmizə və xalqımıza olan hörmətini bir daha nümayiş etdirərərk azarkeşlər önünə Azərbaycan bayrağı ilə çıxıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.