30 may 2013 18:29
Neftçi kubokun finalında dava-dalaş salan əməkdaşlarını cəzalandırdı
“Neftçi” rəhbərliyi Azərbaycan kubokunun final oyunu çərçivəsində keçirilmiş “Xəzər Lənkəran”la oyundan sonra baş verən olaylarla bağlı qərar verib. Azerisport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, qarşılaşmadan sonra baş verən olaylar zamanı, vəzifə təlimatlarını düzgün yerinə yetirməyən Təhlükəsizlik Xidmətinin işinə yenidən baxılması və günahkar şəxslərin cəzalandırılması barədə sərəncam verilib.
