30 may 2013 19:27
AFFA Neftçini görünməmiş cəza yağmuruna tutdu!
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, müzakirələrdən sonra 28 may tarixində keçirilmiş Azərbaycan kubokunun final “Neftçi” – “Xəzər Lənkəran” matçı ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
Hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 1000 manat cərimə olunub.
“Neftçi”nin komanda rəisi Güloğlan Cabbarovun klubda tutduğu vəzifəsindən azad olduğunu nəzərə alaraq, “Neftçi” klubu 40 000 manat cərimə olunub.
“Neftçi”nin operatoru Dadaş Zeynalov dava-dalaşda iştirak etdiyi üçün 12 oyunluq cəzalanıb, klubu 6000 manat cərimə olunub.
“Neftçi”nin məşqçisi Neboşa Manoloviç dava-dalaşda iştirak etdiyi üçün 12 oyunluq cəzalanıb, klubu 6000 manat cərimə olunub.
“Neftçi”nin futbolçusu Saşa Stamenkoviç qeyri-etik hərəkətə görə 3 oyunluq cəzalanıb, klubu 2000 manat cərimə olunub.
“Neftçi”nin futbolçusu Mahir Şükürov dava-dalaşda iştirak etdiyinə görə 6 oyunluq cəzalanıb, klub 3000 manat cərimə olunub.
“Neftçi” klubunun təhlükəsizlik xidmətinin rəisi Vaqif Musayev dava-dalaşda iştirak etdiyi üçün 12 oyunluq cəzalanıb, klubu 6000 manat cərimə olunub.
“Neftçi”nin təhlükəsizlik xidmətinin 3 üzvü: Əsgərov Elnur, Ağayev Şəhriyar və Seyidov Mirramin dava-dalaşda iştirak etdiyi üçün hər biri 12 oyunluq cəzalanıb, klub 18 000 manat cərimə olunub.
“Xəzər Lənkəran”ın futbolçusu Elnur Allahverdiyev dava-dalaşda iştirak etdiyinə görə 6 oyunluq cəzalanıb, klubu 3000 manat cərimə olunub.
“Xəzər Lənkəran”ın futbolçusu Rodomir Todorov dava-dalaşda iştirak etdiyinə görə 6 oyunluq cəzalanıb, klubu 3000 manat cərimə olunub.
“Neftçi”nin azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub.
Qeyd edək ki, bütün bu cəzalar yalnız Azərbaycan kubokuna şamil edilir.
