30 may 2013 20:02
İnterin rekordçuları bəlli oldu
“İnter”in 2012/13-cü il mövsümündəki statistik göstəricilərilə sizi tanış etməkdə davam edirik. Azerisport.az xəbər verir ki, mövsümün yekununa həsr olunmuş bu materialda hansı futbolçunun komandanın heyətində nə qədər meydançaya çıxması barədə və ən yaxşı bombardir haqqında danışılıb.
Beləliklə, 2012/13-cü il mövsümündə ən çox meydançada olan futbolçu makedoniyalı yarımmüdafiəçi Slavço Georgiyevskidi. O, 2656 dəqiqə komandanın heyətində meydançaya çıxıb. Vladimir Levin 2476 dəqiqə, Brüs Abdulay isə 2302 dəqiqə meydançada olublar.
Keçirilən matç sayına görə Asif Məmmədov birinci yerdə gedir. O, 32 oyundan 31-də meydançaya çıxıb. Slavço Georgiyevski də 30, bir oyun az isə Brüs Abdulay və Baçana Sxadadze keçirib. Vladimir Levinin hesabında 28 oyun var.
Başa çatmış mövsümdə “İnter”in ən yaxşı bombardiri gürcüstanlı forvard Baçana Sxadadze oldu. Onun aktivində 8 qol var. Hücumçu 2 dəfə “Bakı” və “Kəpəz” ilə oyunlarda, bir dəfə isə “Rəvan”, “Turan”, “Xəzər-Lənkəran” və “Simurq” komandalarıyla keçirilən matçlarda fərqlənib. Sxadadze mövsümü hər 275,5 dəqiqədən bir qol vurmaqla yekunlaşdırıb. “İnter”in heyətində məhsuldarlığa görə ikinci futbolçu qışda transfer edilən Yuri Fomenkodur. Ukraynalı futbolçu 13 matçın 5-də fərqlənib. O, 2 dəfə “Simurq”un, bir dəfə “Qəbələ”, “Bakı” və “Qarabağ”ın qapısına yol tapa bilib. “İnter”in heyətində Y.Fomenko hər 165 dəqiqədən bir orta hesabla bir qol vurub. Ukraynalı legioner 5 qol vuraraq “ilk altılığ”ın ən yaxşı bombardirlərindən bir olub. Daha yaxşı nəticəni “Neftçi”nin çilili forvardı Nikolas Kanales göstərib. Onun aktivində 6 qol var.
Məhsuldarlığa görə sonrakı yerləri İbrahima Niasse (4 qol) və Samir Zərgərov (4 qol), Asif Məmmədov (3 qol), Vladimir Levin (2 qol), Daniel Genov ( 2 qol) və Ramil Mansurov( 2 qol) tuturlar.
Aşağıdakı cədvəldə başa çatmış mövsümdə futbolçuların tam statistik göstəricilərilə tanış ola bilərsiniz:
|
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
