30 may 2013 20:26
13:1 hesabıyla qalib gələn baş məşqçi: Hesab arasındakı fərq daha da böyük ola bilərdi
Bakıda təşkil olunan III Caspian Cup beynəlxalq turniri çərçivəsində keçirilmiş Gürcüstan – Qazaxıstan matçından (13:1) sonra gürcülərin baş məşqçisi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, Nodar Akobiya bunları dilə gətirib:
“İlk hissədə oyunumuz yaxşı alınmadı. Çox qol vurmaq lazım olduğunu bilirdik. Cəmi 3 dəfə fərqlənə bildik. Fasilədən sonra toparlanmağı bacardıq və lazım olan qolları vurduq. Hərçənd hesab arasındakı fərq daha da böyük ola bilərdi. Növbəti – Bolqarıstan yığması ilə oyunda şanslarımız bərabərdi”.
