31 may 2013 00:36
Millimizin oyununa bilet satışı davam edir (FOTOLAR)
Xəbər verdiyimiz kimi, DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində iyunun 7-də, saat 21:00-da, "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Lüksemburq oyununun biletləri mayın 18-dən etibarən satışa çıxarılıb. Azerisport.az xəbər verir ki, ötən gün tanınmış şoumen, "Parni iz Baku" Şən və Hazırcavablar Klubunun üzvü Bəhram Bağırzadə millimizin oyununa bilet alıb və azarkeşləri iyunun 7-də stadiona gələrək komandamızı dəstəkləməyə səsləyib.
Bilet alanlar arasında uzun müddət Azərbaycan milli komandasının heyətində çıxış etmiş Dmitri Kramarenko da olub.
Biletlərin qiymətləri sektorlara uyğun olaraq 4, 9, 14 və 50 AZN-dir. Satış nöqtələri ilə bağlı məlumatı bir daha diqqətinizə çatdırırıq:
28 Mall Ticarət Mərkəzi
“Bakcell Arena”nın kassaları
