31 may 2013 00:42

Simurq: Son mövsümün xronologiyası

01.08.2012 – Nenad Stoyanoviç “Simurq”da oynamış 50-ci legioner futbolçu kimi klubun tarixə düşdü.
 
04.08.2012 – “Simurq” 2012/13 mövsümünə “Qəbələ” ilə 1:1 hesablı heç-heçə ilə başlayır.
 
18.08.2012 – “Simurq” ilk dəfə olaraq “Turan”ı 3:0 hesabı ilə məğlub edir.
 
20.09.2012 – “Simurq” tarixində ilk dəfə olaraq “Xəzər Lənkəran”ı səfərdə məğlub edir və turnir cədvəlinin lideri olur.
 
04.10.2012 – “Simurq” “Sumqayıt”la görüşdə də qalib gələrək yeni rekordun müəyyənləşdirir və 8 tur ard-arda məğlub olmur. Buna qədər isə 2011/2012 mövsümün son 6 oyununda da Zaqatala təmsilçisi məğlub olmamışdı. Nəticədə sarı-qaralar 14 tur məğlubiyyətin nə olduğunu bilmir.  
 
26.10.2012 – “Simurq” – AZAL oynunda Murad Səttarlı qarşılaşmanın əlavə olunmuş 4-cü dəqiqəsinin bitməsinə 15 saniyə qalmış möhtəşəm qola imza ataraq futbolun bir daha son saniyəyə qədər mübarizə aparılmalı idman növü olduğunu sübut etdi.
 
24.11.2012 – “Simurq” tarixində ilk dəfə “İnter”i minimal hesabla məğlub edir.
 
10.12.2012 – “Xəzər Lənkəran”la qarşılaşmada Georgi Çixradze “Simurq”un baş məşqçisi kimi  premyer liqada 25-ci matçına çıxır.
 
16.12.2012 – “Qəbələ”–“Simurq” (0:1) görüşündə Rüstəm Məmmədov 90+3-cü dəqiqədə meydana çıxmaqla “Simurq”un tarixində ən çox forma geyinmiş futbolçu olan Ramil Sayadovun rekordunu təzələyir. Bu mövsüm 5 görüşdə meydana çıxan Rüstəm Məmmədov Sayadovla birlikdə Premyer Liqada 86 oyunda “sarı-qara”lıların uğurları üçün mübarizə aparıb.
 
20.12.2012 - İlin son oynunda “Simurq” “Rəvan”a 1:0 hesabı ilə doğma arenada qalib gəldi və fasiləyə ikinci yerdə yollandı. Ancaq bu matçın nəticəsi rəqibin legioner limitini pozduğuna görə ləğv edildi. Zdravko Popoviç komandasının Premyer Liqada 191-ci qoluna imza atdı.
 
20.04.2013 – “Simurq” tarixində antirekorda imza atır. Topaz Premyer Liqasının XXVII turunda Zaqatala təmsilçisi səfərdə “İnter”ə 5:0 hesabı ilə uduzmaqla 8 illik tarixində ilk dəfə 5 top fərqiylə məğlub olub. 
 
28.04.2013 – “Simurq” Topaz Premyer Liqasının XXVIII turunda səfərdə “Bakı”nın qonağı olub. Bu matçda Zaqatala təmsilçisi Premyer Liqada 200-cu rəsmi görüşünə çıxıb. “Sarı-qara”ların 2:1 hesabı ilə məğlub olduğu görüşdə Marçin Burxardtın vurduğu qol “Simurq”un Premyer Liqada 200-cü qolu kimi tarixə düşüb. 
 
30.04.2013 – AFFA-nın İntizam Komitəsi XXVIII turda oyundan sonra baş verən hadisələrə görə “Simurq”un baş məşqçisi Georgi Çixradze 10 oyunluq cəzalandırır. Bu klubun tarixində baş məşqçinin aldığı ən ağır cəza olur.  
 
18.05.2013 – “Simurq”un əvəzedici heyəti səfərdə “Qarabağ”la qarşılaşır. Bu görüşdə Rövşən Babayevin yetirmələri məğlub olmağa baxmayaraq klubun tarixində bir ilkə imza atırlar. Komanda 59 xallar əvəzedici heyətlərin ölkə birinciliyini gümüş mükafatlarla tamamlayırlar.
 
19.05.2013 – “Qarabağ” - “Simurq” (0:0) matçında Rasim Ramaldanov cari mövsümdə 24-cü görüşünə çıxmaqla Zaqatala təmsilçisinin tarixinə düşüb. Bu görüş kapitanın “Simurq”da keçirdiyi 87-ci oyun olub. Rasim bununlada komandanın tarixində ən çox forma geyinmiş futbolçu ünvanını Ramil Sayadovdan və Rüstəm Məmmədovdan təhvil alır.
 
19.05.2013 – “Simurq” Topaz Premyer Liqasının son turunda “Qarabağ”la qolsuz heç-heçə edir və 2012/13 mövsümünü 48 xalla dördüncü pillədə tamamlayır. Bu Zaqatala təmsilçisinin tarixində Premyer Liqada qazandığı ikinci ən yaxşı nəticə olur. Ancaq təəssüf ki, Avrokuboklara vəsiqə qazana bilmir. Bunqan qabaq isə “Simurq” 2008/09 mövsümündə bürünc medallara sahib çıxmışdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.