31 may 2013 00:24

“Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq klublarımız üçün real görünmür”

Futbol üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Şahin Diniyevin azerisport.az saytına müsahibəsi
 
- Azərbaycanda daha bir futbol mövsümü sona çatdı. Geridə qalan mövsümü necə qiymətləndirə bilərsiz?
- Bütün klublar layiq olduqları yeri tutdular. “Neftçi” sabit mövsüm keçirdi, az səhvə yol verdi və çempion oldu. “İnter”lə “Qarabağ” da avrokuboklarda oynamağa layiq olduğunu isbatladı. Amma bu, çempionluq üçün yetərli olmadı. Mənə elə gəlir ki, onlar ilk altılıq oyunları zamanı çox səhvə yol verdilər. “Xəzər Lənkəran” da çempionatdakı uğursuzluqdan sonra yeganə çıxış yolunun ölkə kubokunda olduğunu yaxşı başa düşürdü və bu şansdan yararlana bildi.
 
- Sizcə, Azərbaycan çempionatında dəyişən nəsə var?
- Səviyyə qalxıb. İlk altılığa düşmək üçün səkkiz komanda mübarizə aparırdı. Bəzi oyunlar həqiqətən yaxşı futbolla yadda qaldılar. Legionerlərin çıxışını xüsusi vurğulamaq olar.
 
- Bəs yerli futbolçularla bağlı nə deyə bilərsiz?
- Yığmamızın əksər üzvləri inkişafdan qalıblar. Mən onların geriyə addım atdığını deməzdim. Sadəcə, yerlərində saymaqla məşğuldular. Bəzi gənc futbolçular üzə çıxsa da, onlar hələ nəyə qadir olduqlarını göstərə bilmirlər. Təəssüf ki, Azərbaycan futbolunun öz ulduzları yoxdu.
 
- Məsələn, Nikolas Kanales kimisi?
- Kanales həqiqətən yaxşı oyunçudu. Mümkündü ki, yerli futbolçulardan bəziləri onu hansısa komponentlərdə üstələyirlər. Amma bütövlükdə təbii ki, Kanales daha öndədi. O, komandasının əsl lideri idi. Xüsusilə liderlərlə oyunlarda qol vurmaq çox vacibdi ki, Kanales də bunu bacarırdı.
 
- Klublarımızdan avrokuboklarda uğur gözləyə bilərik?
- Hər şey hazırlıqdan asılı olacaq. Güclənmək lazımdı. Çünki buna ehtiyac var. Amma burda müəyyən məqamlar var. Məsələn, yeni gələnlər avrokuboklarda iştirak edəcək klublara qısa zamanda uyğunlaşa biləcəklərmi? Bu üzdən komandalarımız əsas heyəti qoruyub-saxlasalar, bu, daha məqsədəuyğundu. Əgər klublarımız yaxşı hazırlaşsalar, Avropa Liqasının qrup mərhələsinə düşmələri tamamilə mümkündü. Eyforiyaya qapılmaq lazım deyil. Bütün klublarımıza çox çətin olacaq. Mən belə hesab edirəm ki, Çempionlar Liqasının qrup mərhələsinə düşmək hələ bizim klubların gücünə görə olan hədəf deyil.
 
- Yuri Syominin “Qəbələ”yə gəlişindən nə gözləyirsiz?
- “Qəbələ”yə bir sıra güclü futbolçular gələ bilər. Amma heç də gənc olmayan futbolçular. Məsələ burasındadı ki, 23-24 yaşlı oyunçular bura gəlmək haqda yox, daha güclü klublara keçmək haqda düşünürlər. Çünki çempionatımız o qədər də güclü, şərait ideal deyil.
 
- Syomin Aleksandr Əliyev, Aleksandr Səmədov kimi futbolçuları bura gətirə bilərmi?
- Əliyevin gəlməsi mümkündü. Səhv etmirəmsə, o, son dövrlər oynamır, ehtiyatda qalır. Amma Səmədovla bağlı bunu demək olmaz. Əgər Rusiya yığmasına çağırılırsa, Azərbaycana gəlməsi real deyil. Ən azından ona görə ki, Fabio Kapello çətin Azərbaycan Premyer Liqasının oyunlarını izləsin.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.