30 may 2013 12:37
Təmsilçilərimiz bir-birinə rəqib oldu
Bu gün 15 yaşa qədər futbolçulardan ibarət komandalar arasında II Qəbələ Kubokunda pley-off mərhələsinin oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, turnirdə “Qəbələ” və “Bakı” ilə yanaşı “Beşiktaş” (Türkiyə), “Barcelona” (İspaniya), “Şaxtyor” (Ukrayna), “Porto” (Portuqaliya), “Zenit” (Rusiya) və “Feyenoord” (Hollandiya) mübarizə aparır.
Öz qrupunun qalibi adını qazanan “Barcelona” yarımfinalda B qrupunun ikincisi “Porto” ilə üz-üzə gələcək. Digər qrupun birincisi “Feyenoord” isə müvafiq olaraq “Şaxtyor”la qarşılaşacaq.
Digər oyunlar isə 5-8-ci yerlərin sahiblərinin müəyyənləşdirilməsi baxımından önəm kəsb edir. Təmsilçilərimiz bu mərhələdə bir-biri ilə qarşılaşmalı olacaq. "Bakı" qrup sonuncusu olduğuna görə, A qrupunun üçüncüsü “Qəbələ” ilə mübarizə aparmalıdı. Daha bir oyun isə “Beşiktaş”la “Zenit” arasında baş tutacaq.
II Qəbələ Kuboku
30 may
Yarımfinal
18:00. Barcelona – Porto
19:00. Feyenoord – Şaxtyor
5-8-ci yerlər uğrunda oyunlar
20:30. Qəbələ - Bakı
20:30. Beşiktaş – Zenit
