31 may 2013 00:51
Türkiyə Super Kubokunun Bakıda keçirilməsinə yaşıl işıq
Xəbər verdiyimiz kimi, Türkiyə Futbol Federasiyası (TFF) “Galatasaray” və “Fenerbahçe” klubları arasında keçiriləcək Super Kubok matçının Bakıda oynanılması ilə bağlı AFFA-ya məktub ünvanlamışdı. Azerisport.az xəbər verir ki, Azərbaycan tərəfi bu barədə son qərarını iyunun 3-dək bildirməlidi.
Amma Türkiyə mətbuatı artıq AFFA-nın TFF-nin bu istəyinə “yaşıl işıq” yandırdığını iddia edir. Türkiyəli həmkarlarımız artıq qarşılaşmanın avqustun 11-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməsinin böyük ölçüdə dəqiqləşdiyini yazırlar. İndi qalır bu barədə rəsmi açıqlamanın verilməsi.
Maraq üçün bildirək ki, “Galatasaray”la “Fenerbahçe”nin görüşü Bakıda keçirilsə, bu, dördüncü hal olacaq ki, Türkiyə Super Kuboku matçı ölkə kənarında baş tutacaq. Artıq üç dəfə qardaş ölkə çempionu ilə kubokun qalibi münasibətlərinə digər qonşu ölkə Almaniyada aydınlıq gətiriblər.
