30 may 2013 13:02
Porto Qəbələ Kubokunda hakimlikdən narazı qaldı
Məlum olduğu kimi, hazırda 15 yaşa qədər futbolçulardan ibarət komandalar arasında II Qəbələ Kuboku keçirilir. Azerisport.az xəbər verir ki, turnirdə Portuqaliyanın “Porto” klubu da iştirak edir.
Sözügedən komandanın baş məşqçisi Antonio Folya qrup mərhələsinin son turunda “Zenit”ə (Rusiya) qarşı baş tutan matçındakı hakimlikdən narazı qalıb. O, bunu saytımıza açıqlamasında özü bəyan edib: “Mən bu oyuna belə hakimlərin niyə təyin olunduğunu bilmirəm. Əgər oyunu sizin hakimlər idarə etsəydilər, daha yaxşı olardı”.
Qeyd edək ki, hakimlikdən narazı qalan daha bir klub “Qəbələ” özüdü. Hakimlər onların “Beşiktaş”la oyunda iki qolunu hesaba almayıblar. Düzdü, “Qəbələ” həmin qarşılaşmada 2:0 hesabıyla qalib gəlsə də, “Porto” son turda “Zenit”ə uduzmaqla (1:2) qrup birinciliyini əldən vermiş oldu.
