30 may 2013 13:14
Babək Quliyev istefa verdi, XL qəbul etmədi
“Xəzər Lənkəran”ın idman direktoru Babək Quliyev istefa verib. Azerisport.az xəbər verir ki, o, Azərbaycan Kubokunun “Neftçi” ilə final oyunundan sonra istefa ərizəsini rəhbərliyə təqdim edib.
Lakin klubun mətbuat xidmətindən aldığımız məlumata görə, Quliyevin istefası qəbul olunmayıb. Böyük ehtimalla o, postunda qalacaq.
Qeyd edək ki, Babək Quliyev cəmi bir neçə aydı “Xəzər Lənkəran”da çalışır.
