30 may 2013 15:07
Elnur Allahverdiyev: Mahir Şükürovu vurmaq istəsəydim, bunu edərdim
Futbol üzrə Azərbaycan yığmasının və “Xəzər Lənkəran”ın müdafiəçisi Elnur Allahverdiyev Azərbaycan Kubokunun “Neftçi” ilə final oyunundan sonra rəqib komandada çıxış edən Mahir Şükürovla arasında yaranan qalmaqaldan danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Həmin hadisələrdən əvvəl mən ehtiyat oyunçuar skamyasında oturub ağlayırdım. Təsadüfən Kamran Abdullazadənin döyüldüyünü gördüm. Təbii ki, buna göz yuma bilməzdim. Mənim ora getməkdə məqsədim Mahir Şükürovu vurmaq deyil. Əgər vurmaq istəsəydim, bunu edərdim. Mənsə Kamranı vuran adamı axtarırdım. Mahirlə biz yığmanın oyunçularıyıq, aramızda heç bir problem yoxdu. Görüşdük, söhbətləşdik. Bir-birimizi başa düşdük. Amma Kamranı vuran adam əgər kişidirsə, üzə çıxmalıdı”.