31 may 2013 01:27
Makay hollandiyalıların Premyer Liqamıza niyə maraq göstərməməsinin səbəblərini açıqladı
Futbol üzrə Hollandiya yığmasının sabiq forvardı, “Feyenoord”un U-15 komandasının baş məşqçisi Roy Makay bu ölkədən olan futbolçuların Azərbaycanda oynamaqda maraqlı olmamasının səbəblərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Ən yaxşı holland futbolçular daha güclü çempionatlarda oynamağa üstünlük verirlər. Qalanları isə legioner olmağı o qədər də sevmirlər. Ölkəniz haqqında çox şey bilmirəm. Amma mənə elə gəlir ki, burda çoxlu legionerlər oynayırlar. Bizim futbolçularımıza isə görünür agentlər çox maraq göstərmirlər, bura dəvət etmirlər”.