30 may 2013 14:47
Rəşad Sadıqov: Onun bəzi çatışmazlıqları olsa da, yaxşı futbolçudu
Futbol üzrə Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqovun azerisport.az saytına müsahibəsi
- Qətərlə yoldaşlıq oyunu barədə nə deyə bilərsiz?
- İki fərqli hissə izlədik. Birinci hissədə meydan sahibləri üstünlüyə malik idilər. Fasilədən sonra isə bərabər səviyyəli oyun getdi. Amma təşəbbüsə daha çox biz yiyələnmişdik. Yoldaşlıq oyunu olsa da, uduzmaq istəmirdik. İrəli atıldıq və məğlubiyyətdən qaça bildik.

- Bu oyuna görə komandanın durumunu dəyərləndirmək olar?
- Konkret nəsə demək çətindi. Çünki komanda ora optimal heyətlə yollanmamışdı. 4-5 futbolçu Azərbaycan Kubokunun finalı ilə əlaqədar milliyə kömək edə bilmirdi. Bütövlükdə, heyətimiz müəyyən mənada eksperimental hesab oluna bilərdi. Amma istənilən halda bu oyun Lüksemburqla rəsmi görüş öncəsi bizim üçün faydalı oldu.

- Rəqib necə təsir bağışladı?
- Qətər yaxşı rəqibdi. Onlar hətta dünya çempionatına vəsiqə qazanmağa çox yaxındılar. Ciddi komandadı.

- Meydana 60-cı dəqiqədə çıxdınız. Oyununuzu necə qiymətləndirə bilərsiz?
- Fikrimcə, pis təsir bağışlamadım. Bu oyun öncəsi zədəli olduğumu nəzərə alsaq, hər şey yaxşı keçdi. Təəssüf ki, oyunun sonunda rəqib futbolçuyla toqquşma nəticəsində yenə ayağımda ağrılar hiss edirəm. Ümid edirəm ki, bu, o qədər də ciddi deyil və Lüksemburqla görüşdə meydana çıxa biləcəm.

- Meydana çıxsaz da, kapitan sarğısını almadınız. Niyə?
- Start heyətdə kapitan Ruslan Abışov göstərilmişdi. Meydana sonradan daxil olduğuma görə, kapitan sarğısını almağım düzgün olmazdı. Hətta o, sarğını özü mənə qaytarmaq istəsəydi də, almazdım.

- Bərabərlik qolumuzun müəllifi Rüfət Dadaşovun çıxışını nə dərəcədə bəyəndiniz?
- O, yaxşı, perspektivli futbolçudu. Meydanda çox düşünür, ağıllı oyunçudu. Bəzi çatışmazlıqları var. Amma onları aradan qaldıra bilər. Əsas odu ki, komandamıza kömək etmək istəyi çoxdu, eqoist deyil.