30 may 2013 15:33
Falkao və Koşta istirahət üçün Azərbaycanı seçdi
Madrid “Atletico”sunun iki futbolçusu Azərbaycana gəlməyə hazırlaşır. Azerisport.az xəbər verir ki, İspaniya klubunun aparıcı oyunçularından Falkao ilə Dieqo Koşta bu yay ölkəmizdə istirahət edə bilər.
Onlar ailələri ilə birgə gəlməlidilər. Səfərin iyul ayında gerçəkləşməsi gözlənilir.
Qeyd edək ki, həm Koşta, həm də Falkao “Atletico” ilə birgə aprelin sonunda Bakıda olmuşdu. Görünür onlar həmin vaxt Azərbaycanı bəyəndikləri üçün bu yayı məhz ölkəmizdə keçirməyə qərar veriblər.
Qeyd edək ki, həm Koşta, həm də Falkao “Atletico” ilə birgə aprelin sonunda Bakıda olmuşdu. Görünür onlar həmin vaxt Azərbaycanı bəyəndikləri üçün bu yayı məhz ölkəmizdə keçirməyə qərar veriblər.
