30 may 2013 16:55

Bakını çalışdırmağa yaxın olan iki namizədin adı bəlli oldu

“Bakı”nı çalışdıracaq ispaniyalı mütəxəssisin kimliyi təxmini də olsa, müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu, böyük ehtimalla Xose Fransisko Molina olacaq.
 
Çünki paytaxt klubunu çalışdırmağa əsas namizəd hazırda bu şəxs göstərilir. Lakin hələlik bu barədə heç bir rəsmi açıqlama olmayıb.

Qeyd edək ki, Xose Fransisko Molina 1970-ci ildə anadan olub. O, futbolçu karyerası ərzində “Valencia”, “Alzira”, “Villarreal”, “Albacete”, “Atletico”, “Deportivo” və “Levante” kimi klublarda forma geyib. İspaniyanın ən tanınmış qapıçılarından olan və yığmada da çıxış etmiş Molina bir neçə dəfə ölkə çempionu olub, kubok qazanıb. 2009-cu ildən məşqçiliyə başlayan Xose Fransisko “Villarreal”ın aşağı yaş qruplarından ibarət komandası ilə yanaşı 2011–2012 mövsümündə əsas komandasına da rəhbərlik edib.
 
“Bakı”nın sükanı arxasına keçməyə daha bir namizəd kimi isə İspaniyanın 17 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Santyaqo Denia göstərilir. 1974-cü il təvəllüdlü sabiq futbolçu karyerası ərzində yalnız “Albacete” və “Atletico” klublarında çıxış edib. İspaniyanın U-18, U-21, U-23 yığmalarında çıxış etmiş Denia əsas komandada da forma geyib.
 
Santyaqo Denia məşqçilik karyerasına “Atletico”da başlayıb. Ardından İspaniyanın U-16 yığmasını çalışdıran gənc mütəxəssis 2011-ci ildən bəri 17 yaşlılardan ibarət komandaya rəhbərlik edir.
 
Maraq üçün xatırladaq ki, bu günlərdə saytımıza müsahibə verən “Bakı”nın prezidenti Hafiz Məmmədov yeni baş məşqçinin adını açıqlamasa da, bunları dilə gətirmişdi: “Bizim bu posta bir neçə namizədimiz var. Mənə çoxlu mütəxəssislər təklif olub. Aralarında çox məşhur olanlar da var. Amma böyük ehtimalla “Bakı”nı gələn mövsümdən ispan mütəxəssis çalışdıracaq. Mümkündü ki, arıq gələn həftə Bakıya gəlsin. Öz köməkçiləri ilə gələcək. Vaxtilə o, Dieqo Simeone ilə birgə oynayıb, 1996-cı ildə “Atletico”da futbolçu kimi çempionluq yaşayıb. İndi isə məşqçiliklə məşğuldu”.
 
Sonda onu da vurğulayaq ki, adıçəkilən hər iki mütəxəssis 1995-96 mövsümündə “Atletico”nun heyətində çempionluq sevinci yaşayıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.