30 may 2013 17:12
Rəvanın ilk rəsmi transferi (FOTO)
"Rəvan” Futbol Klubu növbəti mövsümdə daha güclü komanda formalaşdırmaq və daha yaxşı nəticələr əldə etmək məqsədi ilə əməli fəaliyyətə başlayıb. Azerisport.az xəbər verir ki, paytaxt klubu 7 oyunçu ilə yolları ayırdıqdan sonra ilk transferini gerçəkləşdirib.
Bu, gənc və istedadlı futbolçu Elvin Həsənəliyevdi. Avqustun 7-də 20 yaşı tamam olacaq yarımmüdafiəçi ilə 3 illik müqavilə bağlanılıb. Son mövsümdə "Kəpəz”in formasını geyən Elvin 21 matçda toplam 1245 dəqiqə oynayıb və 1 qol vurub.
"Rəvan”da bu gün daha bir imza mərasimi olub. Belə ki, müqavilə müddəti başa çatmış Şəhriyar Rəhimovla yeni anlaşma imzalanıb. "13” nömrə daha 2 il "aslan” olacaq.
