30 may 2013 17:24
Bakı Kiyev Dinamosu, Udinese və BATE ilə qarşılaşa bilər
İyulun 9-dan 14-dək Batumidə çimərlik futbolu üzrə “Adjara Golden Cup” beynəlxalq turniri təşkil olunacaq. Azerisport.az xəbər verir ki, turnirdə Azərbaycan da təmsil olunacaq.
Ölkəmizi bu yarışda son çempion “Bakı” təmsil edəcək. Komandamızla yanaşı turnirdə Ukraynanın “Dinamo” (Kiyev), Belarusun BATE, İtaliyanın “Udinese” klubları, eləcə də digər komandalar qüvvələrini sınayacaq.
