31 may 2013 18:06
Yığmamız Lüksemburqla oyuna qədər 8 məşqə çıxacaq
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində iyunun 7-də, saat 21:00-da, "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Lüksemburq oyununa hazırlıq məqsədilə Bakı şəhərində təlim-məşq toplanışı keçirəcək Azərbaycan milli komandasının məşq cədvəli açıqlanıb. Azerisport.az xəbər verir ki, bu barədə AFFA rəsmi məlumat yayıb.
Yığmamızın məşq cədvəlini diqqətinizə çatdırırıq:
01.06.2013
Saat 18:15. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu
02.06.2013
Saat 10:45. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu
03.06.2013
Saat 10:45. "Bakcell Arena"
Saat 17:15. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu
04.06.2013
Saat 10:45. "Bakcell Arena"
Saat 17:15. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu
05.06.2013
Saat 17:15. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu
06.06.2013
Saat 17:15. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu
