31 may 2013 18:21
Tahir Süleymanov: Kanales, Vobay və Ramosla danışıqlar davam edir
Azərbaycan çempionu “Neftçi” hələ də üç aparıcı futbolçusu ilə yeni müqavilə haqda razılığa gələ bilməyib. Azerisport.az xəbər verir ki, bunlar hücumçu Nikolas Kanales, yarımmüdafiəçilər Julius Vobay və Erik Ramosdu.
Klubun vitse-prezidenti Tahir Süleymanov azerisport.az-a açıqlamasında onların gələcək taleyi ilə bağlı bunları söyləyib:
“Ramosun transfer hüquqları başqa kluba məxsusdu. Amma danışıqları davam etdiririk. Onun müqaviləsində belə bir şərt var ki, Ramos digər Azərbaycan klublarına keçə bilməz. Bilirik ki, ona Avropa və Asiyadan çoxlu təkliflər var. Futbolçu özü isə şəxsən klub prezidenti Sadıq Sadıqova “Neftçi”də qalmaq istədiyini deyib. Yuri Syomin Kanalesi istəyir? Bəs biz belə bir oyunçunu necə buraxa bilərik”?