31 may 2013 18:44
Tahir Süleymanov: Hakim Saşa Stamenkoviçə sarı vərəqə göstərməliydi
“Neftçi”nin vitse-prezidenti Tahir Süleymanovun azerisport.az saytına müsahibəsi
- Azərbaycan Kubokunun “Xəzər Lənkəran”la final oyunu barədə nə deyə bilərsiz?
- Final çox gərgin keçdi. Hər iki komanda göstərdi ki, onların görüşü “Böyük oyun” adlandırılmağa layiqdi. Təəssüf ki, “Xəzər Lənkəran” bu mövsüm ilk altılığa düşə bilmədi. Buna görə çempionatımız çox şey itirdi. Bu barədə klub prezidenti Sadıq Sadıqovla da bir neçə dəfə danışmışıq. Kubokun final matçındakı təşkilatçılıq Azərbaycan futbolunun uğuru idi. Oyuna 20 min azarkeş gəlmişdi ki, buna da çoxdan idi rast gəlinmirdi. “Xəzər Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimovu görmək də xoş oldu. “Neftçi” və “Xəzər Lənkəran” araısndakı oyunları artıq “Crvena Zvezda” ilə “Partizan” arasındakı Belqrad derbisi ilə müqayisə etmək olar. Lakin çox təəssüf ki, oyundan sonra baş verən qalmaqallarsız ötüşmək mümkün olmadı.

- Siz bu olayların niyə yarandığını başa düşdünüz?
- Oyun zamanı Bruno Bertuççi ilə Elnur Allahverdiyev arasında kiçik toqquşma oldu. Onda Con Toşakla Böyükağa Hacıyev yetirmələrini sakitləşdirməyi bacardılar. Amma matçdan sonra baş verənlər qarşısıalınmaz oldu. Mən baş verənlərə görə “Neftçi” və “Xəzər Lənkəran” azarkeşlərindən, eləcə də bütün televiziya tamaşaçılarından üzr istəyirəm. Çünki bunu oyunu izləyən hər kəs gördü. Günahkarlar mütləq layiqli cəzalarını almalıdılar. Məsələn, biz AFFA İntizam Komitəsinin iclasını gözləmədən bir sıra qərarlar qəbul etdik.
- Mətbuatda belə bir iddia səslənir ki, həmin hadisələrin ən fəallarından olan komandanın rəisi Güloğlan Cabbarov istefa versə də, yenə “Neftçi”də qalacaq...
- O, artıq “Neftçi”də çalışmayacaq. Cabbarov klubumuz üçün çox işlər görüb, ürəkdən çalışıb. Amma final matçından sonra o, təxribata uğradı. Klub prezidenti onun istefasını qəbul edib.
- Saşa Stamenkoviçin penalti seriyası zamanı etdiklərinə necə qiymət verərdiniz?
- Mən belə hesab edirəm ki, hakim ikinci penaltidən sonra ona sarı vərəqə göstərməli idi. Özü də “Xəzər Lənkəran”ın da qapıçısı bir epizodda topu bizim futbolçumuzun üzərinə atdı. Sadəcə, bizim qapıçı bunu daha sərt tərzdə etdi. Mən hər şeyə görə Saşanı günahlandırmaq istəmirəm. Əksinə, “Xəzər Lənkəran”ın futbolçularına təşəkkürümü bildirirəm ki, oyundan sonra bizə yaxınlaşıb, qələbə münasibəti ilə təbrik etdilər.

- “Neftçi” İntizam Komitəsinin çıxardığı qərarlara görə apelyasiya şikayəti verəcək?
- Xeyr, apelyasiya olmayacaq. Amma mənə elə gəlir ki, belə münaqişələrin kökünü axtarmaq lazımdı. Belə cəzalar mütləq olmalıdı ki, bir daha heç kim oxşar addımlar atmağa cəsarət etməsin.

- Oyundan sonra klub prezidentləri görüşdülər?
- Oyundan sonra Sadıq Sadıqovla Mübariz Mənsimovun danışığı oldu. Bir-birinə avrokuboklarda uğurlar arzuladılar. Bizim aramızda heç bir problem yoxdu, ola da bilməz. Münaqişə baş verdi, aradan qaldırıldı, günahkarlar cəzalandırıldılar. İndi avrokuboklarda bir-birimizi dəstəkləməliyik.

- “Neftçi” Super Kubok matçını oynamağa hazırlaşır?
- “Neftçi” bu oyuna çıxmağa hazırdı. Qoy PFL nə vaxt keçirilməli olduğunu desin, baxarıq. Əlbəttə, biz də istərdik ki, bu oyun avrokuboklara hazırlıq planlarımızı pozmasın. Ümidvarıq ki, belə də olacaq və Super Kubok həm “Neftçi”, həm də “Xəzər Lənkəran”ın hazırlıq proqramına təsir göstərməyəcək.