31 may 2013 21:30

Məşhur aparıcılar Qəbələ haqda nə düşünür? (VİDEO)

Türkiyənin ən reytinqli televiziya kanallarından olan və II Qəbələ Kubokunu işıqlandıran kütləvi informasiya vasitələri arasında yer alan NTV Spor "Yensen de, yenilsen de" verilişinin növbəti sayını turnirə və "Qəbələ" İdman Klubuna həsr edib. Azerisport.az xəbər verir ki, yüksək reytinqə malik verilişin qonaqları "Qəbələ" İdman Klubunun prezidentinin müşaviri, əfsanəvi futbolçu Toni Adams, "Qəbələ" Futbol Akademiyasının keçmiş direktoru Ali Yavaş, Hollandiya futbolunun tanınmış simalarından olan və "Feyenoord"un U-15 komandasına rəhbərlik edən Roy Makaay, "Qəbələ" Futbol Akademiyasının yeni direktoru Stenli Brard, "Beşiktaş"ın aşağı yaş qrupları üzrə koordinatoru Emrah Bayraktar və "Qəbələ" Futbol Akademiyasının baş məşqçisi Halim Fıçıcı olub.
 
Tanınmış aparıcılar Bağış Erten və Banu Yelkovanın verilişində həmçinin "Qəbələ", Feyenoord", "Beşiktaş" və "Şaxtyor"u təmsil edən futbolçular da iştirak ediblər. Qonaqlar proqramda keçmiş karyeraları, Qəbələdə futbolun inkişaf tempi, infrastruktur, aşağı yaş qruplarının fəaliyyəti və Qəbələ Kuboku haqda danışıblar. 
 
Veriliş sabah - iyunun 1-i efirə gedəcək.

Verilişinin tanınmış aparıcıları - Banu Yelkovan və Bağış Erten proqramın növbəti bölümünün çəkilişlərindən sonra təəssüratlarını və "Qəbələ" haqda fikirlərini bölüşüblər. Türkiyəli aparıcılar gördükləri mənzərədən, düşdükləri futbol atmosferindən müsbət mənada təsirləndiklərini, "Qəbələ"də tətbiq olunan futbol modelinə Türkiyədə də ehtiyac olduğunu bildiriblər. (klub saytı)
 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.