31 may 2013 21:55
Bəhram Bağırzadədən çağırış (VİDEO)
Xəbər verdiyimiz kimi, DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində iyunun 7-də, saat 21:00-da, "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Lüksemburq oyununun biletləri mayın 18-dən etibarən satışa çıxarılıb. Azerisport.az xəbər verir ki, tanınmış şoumen, "Parni iz Baku" Şən və Hazırcavablar Klubunun üzvü Bəhram Bağırzadə millimizin oyununa bilet alıb və azarkeşləri iyunun 7-də stadiona gələrək komandamızı dəstəkləməyə səsləyib. Bilet alanlar arasında uzun müddət Azərbaycan milli komandasının heyətində çıxış etmiş Dmitri Kramarenko da olub.
