31 may 2013 22:15
Hakimlər Komitəsinin iclası keçirildi (FOTOLAR)
AFFA-nın inzibati binasında 2012/2013-cü il mövsümünün yekunu ilə bağlı Hakimlər Komitəsinin iclası keçirilib. Azerisport.az xəbər verir ki, komitə sədri Xaqani Məmmədovun rəhbərliyi ilə keçirilən iclasda başa çatmış mövsümdə hakimliklə bağlı qarşıya çıxan müxtəlif məsələlər müzakirə olunub, yol verilmiş nöqsanlar təhlil edilib, həmçinin növbəti mövsümün hazırlıq planı barədə məlumat verilib.
