1 iyun 2013 00:25

FIFA irqçiliyə görə cəzanı sərtləşdirdi

FİFA futbol agentlərinin fəaliyyətini tənzimləyən qaydalar toplusuna düzəlişləri bəyənib. Azerisport.az xəbər verir ki, dünya futbol qurumu habelə komandaları azarkeşlərinin irqçilik hərəkətlərinə görə daha ciddi cəzalandırmaq niyyətindədi. Bu barədə təşkilatın rəsmi saytında xəbər verilir.
 
FİFA-nın Mübahisələrin həlli palatasının sədri və FİFA-nın Oyunçuların statusu komitəsinin üzvü Ceff Tompson Port-Luidə (Mavrikiya) keçirilən konqresdə yeni müddəalar təqdim edib. Cəmi üç dəyişiklik təklif olunub: mövcud lisenziyalaşdırma sistemindən imtina edilməsi, qaydalara daxil ediləcək minimum standartların və tələblərin tətbiq olunması, habelə agentlərin qeydiyyatı sisteminin yaradılması.
 
Layihə FİFA-nın İcraiyyə Komitəsi və Konqresi tərəfindən bəyənildikdən sonra məsələ xüsusi işçi qrupuna veriləcək. Bu qrup 2014-cü ildə yenilənmiş qaydalar təqdim etməlidi.
 
Beynəlxalq Futbol Federasiyasının prezidenti Yozef Blatter deyib ki, klublar öz azarkeşlərinin irqçilik hərəkətlərinə görə daha sərt cəzalandırılacaqlar. Blatter Port-Luidə keçirilmiş konqresdə bunları dilə gətirib: “Cərimə yetərli cəza deyil. Ola bilsin ki, komandalar boş tribunalar şəraitində oyunlar keçirməklə cəzalandırılsınlar. Lakin ən yaxşı qərar xalların götürülməsi və hətta oyunçuların yarışlardan çıxarılması olacaq. Belə ki, öz fanatlarına görə məhz klub məsuliyyət daşıyır. FİFA irqçilik təzahürlərinə qarşı amansız mübarizə aparmaq niyyətindədi. Biz klublara qarşı hansı sanksiyaların tətbiq olunacağına dair milli federasiyalara və konfederasiyalara dəqiq təlimatlar verəcəyik”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.