1 iyun 2013 00:46
Erik Ramos: Mən Neftçidən 400 min dollar tələb etməmişəm
“Neftçi”nin yarımmüdafiəçisi Erik Ramosun azerisport.az saytına müsahibəsi
- Mövsüm başa çatsa da, komanda tezliklə yenidən toplaşacaq. Ötən mövsüm Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan komandanız bu uğuru ÇL-də təkrarlamaq üçün yaxşı hazırlıq keçməlidi...
- Fikrimcə, uğur qazanmaq üçün komandamız yaxşı hazırlıq prosesi keçməli, bir neçə matçda qüvvəsini sınamalıdı. Yalnız belə olan halda ÇL-in oyunlarına hazır ola bilərik. Ondan sonra hər şeyin necə nəticələnəcəyinə baxarıq.
- Sizcə, “Neftçi” nəyə nail ola bilər?
- Biz minimum ÇL-in qrup mərhələsinə vəsiqə qazanmalıyıq.
- Biz minimum ÇL-in qrup mərhələsinə vəsiqə qazanmalıyıq.
- Bu, sizin Azərbaycandakı ilk mövsümünüz idi. Təəssüratlarınız necədi?
- Etiraf edim ki, mən “Neftçi”yə keçəndə Azərbaycanda işimin daha asan olacağını düşünürdüm. Amma bura gələndən sonra Azərbaycan çempionatının təsəvvür etdiyimdən də çətin olduğunu gördüm. Burda rəqabət çox yüksəkdi. Elə Premyer Liqanın səviyyəsi də yaxşıdı.

- “Neftçi” çempion olmaqla yanaşı, həm də mövsümü kubokla bitirdi. Amma ikinci titulunuz daha çətinliklə başa gəldi...
- “Xəzər Lənkəran” final matçında bütün bacarığını ortaya qoydu. Onlar həqiqətən bizə qarşı çox yaxşı mübarizə apardılar. Təəssüf ki, biz matçın taleyini əsas vaxtda həll edə bilmədik.
- Sizcə, buna niyə nail ola bilmədiniz?
- Onlar bizimlə oyuna çox yaxşı hazırlaşmışdılar. Məşqçiləri düzgün taktika seçmişdi. Bu üzdən də cənubluların qapısına yol tapmaq bizim üçün çox çətin idi.
- Onlar bizimlə oyuna çox yaxşı hazırlaşmışdılar. Məşqçiləri düzgün taktika seçmişdi. Bu üzdən də cənubluların qapısına yol tapmaq bizim üçün çox çətin idi.
- Siz bilirsiz ki, bu komandaların görüşlərini “Böyük oyun” adlandırırlar?
- Bəli, bilirəm. Azərbaycanda bu oyuna xüsusi diqqət var. Ona görə də futbolçularda motivasiya kifayət qədər idi.
- Bəli, bilirəm. Azərbaycanda bu oyuna xüsusi diqqət var. Ona görə də futbolçularda motivasiya kifayət qədər idi.
- Oyundan sonra baş verənlərə münasibətiniz necədi?
- Bu, futbolda neqativ haldı. Əlbəttə, belə münaqişələr hərdən baş verir. Amma bundan yaxşı heç nə yoxdu və olmaması daha yaxşı olardı.
- Bu, futbolda neqativ haldı. Əlbəttə, belə münaqişələr hərdən baş verir. Amma bundan yaxşı heç nə yoxdu və olmaması daha yaxşı olardı.
- “Neftçi”dəki icarə müddətiniz başa çatıb. Belə söhbətlər dolaşır ki, “Neftçi”dən iliniziə 400 min dollar tələb etmisiz. Bu, düzdü?
- Mən bu məbləği sizdən eşidirəm. Mümkündü ki, mən daha çox pul istəmişəm (gülür), amma 400 min dollar tələb etməmişəm. Bir şeyi qeyd etmək istəyirəm ki, mən karyeramı “Neftçi”də davam etdirməyin əleyhinə deyiləm.