1 iyun 2013 20:05
Porto Qəbələdə çempion, Bakı altıncı, Qəbələ yeddinci oldu (YENİLƏNİB)
Bu gün II Qəbələ Kubokuna yekun vurulub. Azerisport.az xəbər verir ki, turnirdə “Qəbələ” və “Bakı” ilə yanaşı “Beşiktaş” (Türkiyə), “Barcelona” (İspaniya), “Şaxtyor” (Ukrayna), “Porto” (Portuqaliya), “Zenit” (Rusiya) və “Feyenoord” (Hollandiya) mübarizə aparırdı.
Mayın 29-da start verilən turnirin son günündə 4 oyun keçirilib. Öncə 5-ci və 7-ci yerlər uğrunda oyunlar baş tutub. Sonuncu olmamaq üçün “Qəbələ” və “Zenit” qarşılaşıb. Turnirin təşkilatçısı olan komanda bu görüşdə qalib gələrək, sonuncu olmaqdan yaxa qurtarıb. 5-ci yer uğrunda görüşdə “Bakı” “Beşiktaş”la münasibətlərinə aydınlıq gətirib. Türkiyə klubu qələbəyə sevinən tərəf olub.
Üçüncü yer uğrunda matç “Şaxtyor”la “Barcelona” arasında keçirilib. Kataloniya təmsilçisi bürünc medallara sahib çıxıb. Final qarşılaşmasında isə “Porto” ilə “Feyenoord” qarşı-qarşıya gəlib. Görüşün əsas vaxtında 4 qol vurulsa da, qalib müəyyənləşməyib. Bu üzdən penaltilərə ehtiyac duyulub. Seriyalarda daha şanslı olan Portuqaliya təmsilçisi Qəbələ Kubokunun qalibi adını qazanıb.
II Qəbələ Kuboku
1 iyun
7-ci yer
Qəbələ – Zenit - 1:1 (penaltilərlə 4:2)
5-ci yer
Bakı – Beşiktaş - 1:3
3-cü yer
Şaxtyor – Barcelona - 0:2
Final
Porto – Feyenoord - 2:2 (penaltilərlə - 4:1)
