1 iyun 2013 22:40
Yığmamız ABŞ-a qalib gəldi (YENİLƏNİB)
Bu gün III Caspian Cup beynəlxalq turnirində qrup mərhələsinin sonuncu turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında keçirilən turnirin üçüncü oyun günündə də dörd görüş baş tutub.
Azərbaycanın U-17 komandası bu turda ABŞ-la qarşılaşıb. Yığmamız çətin qələbəyə sevinib. Digər qruplarda isə Yaponiya Uruqvaya, Türkiyə Özbəkistana, Gürcüstan da Bolqarıstana qalib gəlib.
III Caspian Cup turniri
Qrup mərhələsi
1 iyun
D qrupu
Yaponiya – Uruqvay - 2:1
C qrupu
Özbəkistan - Türkiyə - 0:3
B qrupu
Gürcüstan - Bolqarıstan - 2:0
A qrupu
Azərbaycan - ABŞ - 2:1
