31 may 2013 13:08
İnterin rəqibləri bu gün bəlli olacaq
Xəbər verdiyimiz kimi, iyun ayının 17-dən 22-dək Bakıda İBA U-14 Cup futbol turniri keçiriləcək. Azerisport.az xəbər verir ki, turnirə Serbiyanın “Partizan”, Türkiyənin “Beşiktaş”, Ukraynanın “Karpatı”, Gürcüstanın "Dinamo"(Tbilisi), İspaniyanın “Vilyarreal”, İsveçin “Yurqorden” və “Almaniyanın “Ayntraxt” klubları da qatılacaq.
Turnirə “İnter” komandası ev sahibliyi edəcək.
Bu gün "Şəfa" stadionunda turnirin püşkatma mərasimi keçiriləcək. Mərasim saat 16.00-da başlayacaq.
