31 may 2013 13:26
Bruno Bertuççi: Biz də ÇL-in qrup mərhələsində oynamağı çox istəyirik
“Neftçi”nin müdafiəçisi Bruno Bertuççinin azerisport.az saytına müsahibəsi
- Komandanız mövsümü qızıl dublla baaş vurdu. Bu münasibətlə sizi təbrik edirik! Təəssüratlarınız?
- Çox sağ olun! Mən çox sevincli və şadam ki, Azərbaycandakı ilk ilimdə komandamla iki titul qazandım. Üstəlik Avropa Liqasında çox yaxşı çıxış etməyi bacardıq.
- Çox sağ olun! Mən çox sevincli və şadam ki, Azərbaycandakı ilk ilimdə komandamla iki titul qazandım. Üstəlik Avropa Liqasında çox yaxşı çıxış etməyi bacardıq.
- Amma Kubokun finalındakı qələbə çox çətinliklə, özü də penaltilərlə başa gəldi...
- Mən bilirdim ki, “Neftçi” və “Xəzər Lənkəran” arasındakı oyunlar gərgin və prinsipial olur. Finalda biz bu matçın necə xüsusi əhəmiyyət daşıdığını bir daha gördük. Çox ağır oldu. Amma biz qələbə qazana bildik və sübut etdik ki, “Neftçi” Azərbaycanın birinci komandasıdı (qeyd edək ki, Bertuççi “birinci komanda” sözünü Azərbaycan dilində söylədi – azerisport.az).
- Çoxları “Neftçi”ni finalın favoriti saysa da, matçın gedişi bunu o qədər də hiss etdirmədi...
- “Xəzər Lənkəran” ikinci altılıqda çıxış etsə də, final matçında özünü yaxşı tərəfdən göstərməyi bacardı. Hər iki komandanın qələbə qazanmaq şansı vardı. Amma heç bir komandada alınmadı. Mənə bəzən elə gəlirdi ki, top qapıya getmək istəmirdi.
- Oyundan dərhal sonra dava düşdü. Buna münasibətiniz necədi?
- Mən orda nə baş verdiyini bilmədim. Amma istənilən halda belə hallar futbolu gözəlləşdirmir. Uduzdun, uduzmadın, həmişə özüvü yaxşı aparmağı bacarmalısan. Bu dəfə “Xəzər Lənkəran” məğlub oldu, gələn dəfə mümkündü ki, onlar qazansın. Bunu faciəyə çevirməyə ehtiyac yox idi.

- Yaxın gələcək üçün nə kimi planlarınız var?
- Braziliyaya getməyə hazırlaşıram. Ailəmlə birgə olacağam. Orda istirahət etdikdən sonra komandamın sıralarına dönəcəm. Bizi Çempionlar Liqasının oyunlarına ciddi hazırlıq gözləyir.
- Braziliyaya getməyə hazırlaşıram. Ailəmlə birgə olacağam. Orda istirahət etdikdən sonra komandamın sıralarına dönəcəm. Bizi Çempionlar Liqasının oyunlarına ciddi hazırlıq gözləyir.
- Ötən mövsüm Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan “Neftçi”dən indi eyni uğuru ÇL-də təkrarlaması gözlənilir...
- (gülür) Biz də bunu gözləyirik. Çox istəyirik ki, buna nail olaq.