31 may 2013 13:44
Azərbaycan şirkətlərindən biri Yunanıstan klubuna sponsorluq edə bilər
Yunanıstanın “Aris” klubu özünə yeni sponsor axtarışına çıxıb. Azerisport.az xəbər verir ki, sözügedən kluba sponsorluq etməyə əsas namizədlərdən biri Azərbaycanın adı çəkilməyən şirkətidi.
Bu barədə Yunanıstan mətbuatına komandanın baş məşqçisi Sulis Papadopulos məlumat verib: “
«Afinaya səfərimizin səbəblərindən biri paytaxtdakı otellərin birində Azərbaycan səfirliyi tərəfindən təşkil edilən tədbirə dəvət olunmağımızdı. Yeni sponsorla bağlı hələlik rəsmi təsdiq yoxdu. Lakin klub prezidenti müxtəlif şirkətlərin rəhbərləri ilə danışıqlar aparır. Onların arasında Azərbaycan klubu da var. Hansı ki, “Aris”ə sponsorluq etməyə, maddi dəstək göstərməyə hazır olduğunu bildirib”.
Qeyd edək ki, “Aris” Yunanıstan Super Liqasında çıxış edir. Bu komanda son mövsümü 13-cü pillədə başa vurub.
