31 may 2013 14:01
Hafiz Məmmədov Bakının yeni rəhbərliyin təqdim etməyə hazırlaşır
Son mövsümdəki uğursuzluğun ardından baş məşqçi Bojidar Bandoviçi, eləcə də bir sıra futbolçularını yola salan “Bakı”nın rəhbərliyində də dəyişikliklər olacaq. Azerisport.az xəbər verir ki, klub prezidenti Hafiz Məmmədov komandanın həm məşqçilər korpusuna, həm də rəhbər vəzifələrə ispan mütəxəssislər gətirməyə hazırlaşır.
Klub prezidenti bu addımı atmaqla ispanların müştərək fəaliyyətinin “Bakı”ya fayda gətirəcəyinə ümid edir. Hafiz Məmmədov klubun yeni rəhbərliyini iyun ayının ilk yarısında ictimaiyyətə təqdim etməlidi.
Maraq üçün bildirək ki, “Bakı”nın indiki rəhbərliyi komandadan tam uzaqlaşdırılmayacaq. Onlara sadəcə başqa vəzifələr tapşırılacaq.
