31 may 2013 14:25
Mənsimov: Təkcə Arşavin yox...
“Xəzər Lənkəran” futbol klubunun prezidenti Mais Mənsimov Andrey Arşavini transfer etmələrinə dair iddialara münasibət bildirib. Azerisport.az xəbər verir ki, Mənsimov təkcə rusiyalı hücumçunun yox, digər tanınmış futbolçuların da “ağ-yaşıl” formanı geyinməsini mümkün sayır:
“Bir klub prezidenti kimi Arşavinlə müqavilə bağlamadığımızı bəyan edirəm. Amma deyə bilmərəm ki, onun gələcəkdə komandamızda yer alma ehtimalı ümumiyyətlə yoxdu. Sabah nə desən ola bilər. Gələcəkdə təkcə Arşavin yox, dünyanın digər tanınmış futbolçularının da “Xəzər Lənkəran”a keçidi mümkündü. Amma hələlik belə bir şey yoxdu”. (Lent.az)
