31 may 2013 14:56
İnter Portuqliyadan oyunçu alır (FOTO)
“İnter” Portuqaliyanın “Academica” klubunun müdafiəçisi Elder Kabralı heyətinə qata bilər. Azerisport.az xəbər verir ki, “bankirlər” bu futbolçunu çoxdandı izləyirlər.
29 yaşlı müdafiəçinin indiki klubu ilə müqaviləsi başa çatmaq üzrədi. O, azad agent statusu aldıqdan sonra Azərbaycan klubu ilə müqavilə bağlaya bilər. Amma Portuqaliya mətbuatının yaydığı bu iddianın nə dərəcədə gerçək olacağını zaman göstərəcək.
Qeyd edək ki, Kabral karyerası ərzində “Vitoria”, “Dragoes”, “Valdevez”, “Moreirense”, “Estrela”, “Vejle” kimi klublarda da forma geyib.
