1 iyun 2013 01:50
İtaliyadan darmadağın, Türkiyə millisindən məğlubiyyət
Futbol üzrə milli komandaların yoldaşlıq görüşləri davam edir. Azerisport.az xəbər verir ki, ötən gün daha iki yoldaşlıq görüşü baş tutub.
Almaniyada Sloveniya millisi ilə qarşılaşan Türkiyə yığması rəqibinə 2 cavabsız qolla uduzub. İtaliya millisi isə evdə San Marinonu 4 cavabsız qolla məğlub edib.
Yoldaşlıq oyunları
31 may
Türkiyə - Sloveniya - 0:2
Qollar: Novakoviç, 11, Matavs, 65.
İtaliya - San Marino - 4:0
Qollar: Poli, 28, Cilardinyo, 34, Pirlo, 50, Akvilani, 79.
