31 may 2013 15:37
“Artıq Atletico azarkeşləri də Azərbaycanla daha çox maraqlanmağa başlayıblar”
İspaniyanın “Atletico” klubunun direktorlar şurasının rəhbər köməkçisi İqnasio Aqilyonun azerisport.az saytına müsahibəsi
- Maraqlıdı, “Atletico” niyə məhz “Bakı” ilə əməkdaşlığa üstünlük verib?
- Bizim İspaniya çempionatında və avrokuboklardakı uğurlu çıxışımız biznes baxımından da uğurlarımızı artırıb. Biz çoxlu təkliflər almışdıq. Amma hansısa uğurlu bir brendlə müqavilə bağlamaq istəyirdik. Bu mənada fikirlərimiz üst-üstə düşdü. Şadıq ki, Azərbaycandakı azarkeşlərimizlə görüşmək, Odlar Yurdu ilə tanışlıq imkanımız oldu. İndi hamı bu ölkə haqqında daha çox məlumat toplamağa çalışır.

- “Atletico”nun Bakıya ilk səfəri İspaniyada necə reaksiya doğurdu?
- “Atletico”nun futbolçuları oyunlar zamanı müxtəlif ölkələrdə səfərlərdə olurlar. Amma Azərbaycana qısa səfərimiz daha böyük təəssüratlarla yadda qaldı. Bütün oyunçularımız Bakıdan çox yaxşı təəssüratlarla ayrıldılar. Onları burdakı qonaqpərvərlik yaxşı mənada təəccübləndirmişdi. Heç kim Bakının bu qədər gözəl şəhər olduğunu təsəvvür etmirdi.

- Deyilənə görə, “Atletico” ilə “Bakı”nın bu əməkdaşlığı İspaniyada fəaliyyət göstərən erməni şirkətlərinin xoşuna gəlməyib...
- Heç bir problem yoxdu. Amma bizim məlumatımıza görə, onlar hansısa layihələr hazırlayırlar. Yəqin ki, onlar “Atletico”nun Azərbaycanla əməkdaşlığının hansı effekti verdiyini gördülər.
- “Bakı”nın prezidenti Hafiz Məmmədov “Atletico”nun təcrübəsindən öz klubunda da yararlanmaq istədiyini bildirib. Bunun üçün nə qədər vaxt tələb olunur?
- Futbolda qısa zamanda uğur qazanmaq olmur. “Bakı” bu yolda çox şeyə nail olub. Komandanın əla bazası var. İndi bildiyimə görə, seleksiya işləri aparılır. Sizin uşaqların bəzisi bizim akademiyada təhsil alacaqlar. Əgər klubumuzdakı təcrübədən düzgün yararlansalar, böyük uğurlar qazana bilərlər. Amma “Bakı”nın belə uğurlar qazanması üçün ən azı 3-4 il lazımdı.

- Belə bir informasiya da var ki, “Atletico” “Bakı”ya yeni baş məşqçi tapmaqda yardımçı olur. Bu, doğrudu?
- Bizim bir neçə namizədimiz var. Onların arasında “Atletico”nun yetirmələri də var. Adlarını Hafiz Məmmədova təqdim etmişik. Son söz onlarındı. Əgər hər şey plan üzrə getsə, iyunun ortalarında “Bakı”nın yeni baş məşqçisi bəlli olacaq. Biz “Bakı”ya hər cür köməklik etməyə hazırıq. Təki bu komanda uğur qazansın.

- “Bakı”nın Madridə səfəri nə zamandı?
- İki klub arasında Madriddə də yoldaşlıq matçının keçirilməsi planda var. Mümkündü ki, bu oyun avqustda baş tutsun. Amma hələ dəqiq deyil. İyunda “Atletico”nun prezidenti Enrike Serezo əməkdaşlığın inkişafı üçün Bakıya danışıqlar aparmağa gələcək. Bu məsələ də həmin vaxt həllini tapa bilər.

- Azərbaycana səfəriniz zamanı ən yaddaqalan nə oldu?
- Hər şey yadımızdadı. Hər şeydən önəmlisi isə qonaqpərvərliyiniz. Azarkeşlər hələ bizi aeroportdaca qarşıladı. Bakıda “Atletico”nu həqiqətən sevirlər. Azərbaycanın zəngin tarixi, mədəniyyəti, mətbəxi var. İki gün ərzində hər şeyi görə bilməsək də, çox şey öyrəndik. Öz növbəsində bizim azarkeşlər də Azərbaycan haqda daha çox maraqlanmağa başlayıb. Onlar da bizim düzgün seçim etməyimizi alqışlayırlar.