31 may 2013 15:55
İnterdə daha bir müqavilə (FOTO)
"İnter" daha bir futbolçuyla müqavilə imzalayıb. Azerisport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, Samir Zərgərovun da adı klubla yeni müqavilə bağlayan oyunçuların siyahısına əlavə olunub. Belə ki, yarımmüdafiəçilə bir illik müddətinə yeni müqavilə imzalanıb.
Xatırladaq ki, S.Zərgərov "İnter"ə 2011-ci ilin yayında transfer olunmuşdu.
