31 may 2013 16:11
Roberto Karlos millimizin oyunçusunun baş məşqçisi oldu
Türkiyənin “Sivasspor” klubu yeni baş məşqçisi ilə razılığa gəlib. Azerisport.az xəbər verir ki, Sivas təmsilçisinə əfsanəfi braziliyalı Roberto Karlos başçılıq edəcək.
Klub rəsmiləri Türkiyə mətbuatına verdiyi məlumatda Karlosla razılaşdıqlarını bildiriblər. Görüşmənin Rusiyada baş tutduğu açıqlanıb. Roberto Karlosun 2 iyunda Türkiyəyə gələcəyi açıqlanıb. Rəsmi təqdimetmə mərasimi iyunun 3-də, Bakı vaxtilə saat 15:00-da “4 sentyabr” stadionunda keçiriləcək.
Braziliyalı Roberto Karlos karyerası ərzində “Palmeiras”, “İnter”, “Real”, “Fenerbahçe”, “Corinthians”, “Anji” kimi klublarda forma geyib. O, buna qədər “Anji”nin idman direktoru vəzifəsində çalışırdı.
Qeyd edək ki, “Sivasspor”da Azərbaycan yığmasının forvardı Cihan Özkara çıxış edir.
